APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Həmin kənd sakini 31 yaşlı Aynur Səyyad qızı Nadirova bıçaq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
A.Nadirovanın həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.