İtaliyanın şimalındakı Pyemont vilayətində sürət qatarı relsdən çıxıb.
teref.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 2 nəfər xəsarət alıb. Qeyd olunur ki, qəzaya qatarın dəmir yolunun qırağında quraşdırılan kranın qoluna ilişməsi səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb olunub. Qəza ilə bağlı təfərrüatlar araşdırılır.