Çində orta məktəbə hücum zamanı ölənlərin sayı 9 nəfərə çatıb 28-04-2018, 09:32 Çinin Şensi əyalətində orta məktəb şagirdlərinə hücum zamanı ölənlərin sayı 9 nəfərə çatıb."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyinə yerli polisdən bildirilib.Hakimiyyət orqanlarının məlumatına görə, ölənlərdən 7-i qız, 2-i oğlandır.Daha əvvəl hadisə zamanı 7 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilirdi. Hücum məktəblilərin dərsdən evə döndüyü zaman baş verib. Facebook-da paylaş