Salyanda yol qəzasında 2 nəfər ölüb

28-04-2018, 09:52           

Bu gün Salyan şəhərinin girişində yol qəzası baş verib.



APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi “KaMAZ” markalı 42-BU-105 dövlət nömrə nişanlı avtomobilə "Mersedes" markalı 90-UO-631 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişini hadisə yerində ölüb.



Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.