Bakıdakı “Tramp binası”nda yanğın - FOTOLAR

28-04-2018, 13:58           

Bakıda əvvəllər “Trump Tower” kimi tanınan binada yanğın başlayıb.

Modern.az-ın hadisə yerində olan əməkdaşının veridiyi xəbərə görə, yanğın binanın orta mərtəbələrində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb olunub.


“Trump Tower” binası Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşir. 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binanın hündürlüyü 130 metrdir. “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Binanın tikintisi 2008-2015-ci illərdə aparılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru