1 uşaq atası olan Mirzəcan Bayramov itkin düşüb- paltarı və telefonu tapılıb - FOTO

28-04-2018, 19:25           
1 uşaq atası olan Mirzəcan Bayramov itkin düşüb- paltarı və telefonu tapılıb - FOTO
Siyəzəndə aprelin 20-dən itkin düşən 27 yaşlı gənc hələ də tapılmayıb. Onun paltarı və telefon Taxtakörpü, Ceyranbatan su kanalının Siyəzən rayon ərazisindən keçən hissəsindən tapılıb.

Musavat.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Mirzəcan Bayramov itkin düşüb.

Yaxınlarının verdiyi məlumata görə, M.Bayramov aprelin 20-də işdən gəldikdən sonra çantasını evə qoyub və harasa gedib.

Valideynləri və yaxınları M.Bayramovun səhəri gün evdə olmadıgını biliblər.

Həmin gündən başlayan axtarışlar hələ də nəticə vermir.

Mirzəcanın yaxınları axtarışlar zamanı onun paltarını və telefonunu su kanalının yanında tapıblar.

Bu barədə rayon polis idarəsinə məlumat verikib. Axtarışlar davam edir.

Qeyd edək ki, Mirzəcan Bayramov evlidir, 1 övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.