Putin iclasda özünü tənqid etdi: "Elə bil, burada toyuq gəzib"

29-04-2018, 14:35           

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən bir iclasda çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, Rusiya lideri çıxışı üçün əvvəlcədən aldığı qeydləri oxuya bilməyib.

Putin yazını oxuya bilmədiyi üçün özünü tənqid edib. Prezidentin çətin vəziyyətə düşdüyünü görən federasiya şurasının sədri Valentina Matviyenko və Duma sədri Vyaçeslav Volodin gündəlikdə duran məsələlərlə bağlı çıxış edib. Putin isə müntəzəm olaraq qeydlər aparıb.

Qeyd dəftərinə bir dəqiqə baxan Putin çətin vəziyyəti ilə salondakıları güldürməyi bacarıb:

“Nə pis xəttim var. Elə bil burada toyuqlar gəzib. Öz yazdığımı oxuya bilmirəm”.

Rusiya liderinin bu sözləri gülüşlə qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru