"Report" xəbər verir ki, bu barədə "Krone Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin qərbində, İnsbruk şəhərinin hava limanı yaxınlığında baş verib. Hadisə zamanı təyyarədə 2 nəfər olub. Onlar qəzada həlak olublar.
Ölənlərin isveçrəli olduqları güman edilir. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib.