16 manat pul, 600 manatlıq qızıl oğurladı...

30-04-2018, 08:53           

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Kəpəz rayonu ərazisindəki evlərin birindən 50 metr elektrik naqili oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini İsmayıl Baxşəlizadə saxlanılıb.

Onun 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilıb.

Bundan başqa, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 16 manat və 600 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmiş kənd sakini, əvvəllər məhkum olunmuş Nazir Qasımov saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru