Bankomat kartları oğurlayan 2 yeniyetmə saxlanılıb

30-04-2018, 13:11           
Bankomat kartları oğurlayan 2 yeniyetmə saxlanılıb
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"qa verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində 1 avtomobildən bankomat kartları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün daha 2 avtomobildən oğurluğa cəhd göstərmələri, habelə 6 avtomobildən pul, mobil telefon və bankomat kartları oğurlamaları da müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru