“Gördüm ki, işıqlar yanır” – Toya gedən ailənin evi soyuldu
30-04-2018, 19:10
Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.
ARB TV xəbər verir ki, hadisə rayonun Cavad Xan küçəsində baş verib.
Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla mənzilə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar. Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.
Gülpaşa Ağayev (zərərçəkən): “Axşam uşaqları kənddə qoydum, evə gəldim. Gördüm ki, işıqlar yanır. İçəri girəndə otaqların dağınıq olduğunu gördüm. Pulları və s əşyaları götürmüşdülər”.
Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.