Hadisə “Hilton” otelin restoranında qeydə alınıb. “Ölkə.Az”ın məlumatına görə, 1994-cü il təvəllüdlü Rusiya vətəndaşı Markelo Artyom Valeryeviç Ukrayna vətəndaşı Hacımirzəyevna Fatima Nazirovna ilə mübahisə ediblər, nəticədə mübahisə davaya çevrilib. Baş vermiş hadisə ilə bağlı Səbail RPİ-nin 39-cu polis bölməsində hər iki tərəfin izahatı alınıb. Ancaq artıq hər iki tərəf yarışın bitməsi ilə əlaqədar ölkələrinə qayıdıblar.