Avtomobil də tapıldı, onu qaçıranlar da...

1-05-2018, 16:47           
Avtomobil də tapıldı, onu qaçıranlar da...
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ruslan Məmmədov aprelin 29-da gecə saatlarında Pirşağı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru