Bakıda qadın küçədə keçmiş əri tərəfindən bıçaqlanıb

2-05-2018, 08:59           
Bakıda qadın küçədə keçmiş əri tərəfindən bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Zamanova Aynur Həsənağa qızı Bakıxanov qəsəbəsinin Sülh küçəsində keçmiş həyat yoldaşı ilə mübahisə edib.

Nəticədə o, küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

A.Zamanova bir müddət əvvəl ərindən boşanıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.