Azərbaycanda dəhşətli qəza: 2 nəfər öldü, 6 nəfər yaralandı
3-05-2018, 01:35
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
teref.az “Report”a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.