Göygöl sakininin özünü öldürməsinin bəzi təfərrüatları məlum olub

3-05-2018, 08:27           
Göygöl sakininin özünü öldürməsinin bəzi təfərrüatları məlum olub
Göygöl sakininin Tovuz rayonunda bıçaq yarası alaraq özünü öldürməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Mollacəmilli kənd sakini, 1972-ci il təvəllüdlü Aqil Şamil oğlu Nəsibov Tovuz rayon Əyyublu kənd ərazisində yerləşən fermada çobanlıqla məşğul olub.

Yaxınlarının bildirdiyinə görə, o, sərxoş vəziyyətdə, hələlik məlum olmayan səbəbdən özünə bıçaqla xəsarət yetirib. A. Nəsibov ağır vəziyyətdə Göygöl rayonuna aparılıb və Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru