Abşeronda yük maşını sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var
3-05-2018, 08:36
"Report"un məlumatına görə, hadisə "Xırdalan dairəsi" kimi tanınan ərazidən Mazasır qəsəbəsinə gedən istiqamətdə baş verib.
Belə ki, dairədə "Shacman" markalı yük avtomobili idarəetmədən çıxaraq, əvvəlcə 50-DX-218 dövlət qeydiyyat nişanlı "İsuzu" markalı sərnişin avtobusuna, sonra dayanacağa çırpılıb. Hadisə zamanı avtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onlardan 1986-cı il təvəllüdlü Mahmudov Samin Sahib oğlu və 1963-cü il təvəllüdlü Cabbarova Məlahət Yusif qızının vəziyyəti orta-ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.
Faktla bağlı Abşefon Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.