Azərbaycandakı dəhşətli qəzanın səbəbi bilindi - Sürücü infarkt olub, o xəbəri alandan sonra keçinib

3-05-2018, 10:58           
Azərbaycandakı dəhşətli qəzanın səbəbi bilindi - Sürücü infarkt olub, o xəbəri alandan sonra keçinib
Goranboyda baş verən ağır yol nəqliyyat qəzasının səbəbi məlum olub.

teref.az xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya məlumat verib. Bildirib ki, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və "Niva” ilə toqquşub.

Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərin də öldüyünü eşidərək ürək tutmasından orada keçinib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru