Gömrük Komitəsindən son dəyişikliklərlə bağlı AÇIQLAMA

3-05-2018, 21:42           
Gömrük Komitəsindən son dəyişikliklərlə bağlı AÇIQLAMA
Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Lent.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru