ABŞ-ın Neşvill şəhərində yerləşən ticarət mərkəzlərindən birində atışma olub.
APA-nın WSMV telekanalına istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, atəş açmaqda şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digərinin axtarışları davam etdirilir.