Tvitterdən istifadə edənlər, - parolları dəyişin!

5-05-2018, 10:18           

Tvitterin parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən kompaniya bütün istifadəçilərini parolları dəyişdirməyə səsləyib.

Teleqraf.com “ICTnyus”a istinadən xəbər verir ki, bu yaxınlarda parolların daxili jurnalda maskalanmamış şəkildə saxlanıldığı müəyyən edilib. Yəni şirkətin işçiləri istifadəçilərin parollarını görə biliblər.



"Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb", – şirkətin bəyanatda deyilir.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sonunda Tvitter servisində 330 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru