Şəkidə 58 yaşlı qadın intihar edib

6-05-2018, 12:15           

Şəkidə 58 yaşlı qadın intihar edib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə mayın 5-i axşam saat 22:30 radələrində rayonun Böyük Dəhnə kəndində baş verib.



Kənd sakini 1960-cı il təvəllüdlü Gülbəniz Hilal qızı Abdullayevanın meyiti yaşadığı ünvanda hamamda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 58 yaşlı Gülbəniz Abdullayevanın hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.


Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru