Azərbaycanlı avtoritet Ukraynadan çıxarıldı - “Dato Ağcəbədinski” hara deport edildi?

6-05-2018, 14:25           
Azərbaycanlı avtoritet Ukraynadan çıxarıldı - “Dato Ağcəbədinski” hara deport edildi?
teref.az Lent.az-a istinadən məlumatına görə, Cavid Məmmədov mayın 5-də paytaxt Kiyevdə saxlanılaraq ölkədən 3 il müddətinə deportasiya edilib.

Məlumatda qeyd edilir ki, Cavid Məmmədov Ukraynada bir sıra iri ticarət mərkəzləri ələ keçirmək üçün bu ölkədə adamlarını yerləşdirmək niyyətində olub.

Lakin Ukrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan "Dato Ağcəbədinski”ölkədən çıxarılıb. Onun hansı ölkəyə deportasiya edildiyi məlum deyil.

Bundan başqa digər azərbaycanlı qanuni oğru İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul-Kiyev reysi ölkəyə gələn İlqar Əliyev hava limanında saxlanılaraq geri qaytarılıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru