Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı - FOTOLAR

6-05-2018, 17:05           
Bakıda sərnişin avtobusu qəza törətdi: sürücü qaçdı - FOTOLAR
Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
“108 A” saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal “ATS”-i kimi tanınan inzibati binanın qarşısındakı “Mitsubishi” və “Tofaş” markalı avtomobillərə çırpılıb.
Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru