İranda 16 qadın İŞİD-ə qoşulduğuna görə həbs edilib

7-05-2018, 08:48           
İranda 16 qadın İŞİD-ə qoşulduğuna görə həbs edilib
İranda İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən 16 qadın müxtəlif ittihamlar üzrə həbs cəzasına məhkum edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Tehran şəhərinin baş prokuroru Abbas Cəfər Dolatabadiyə istinadən IRNA məlumat yayıb. Onun sözlərinə görə, qadınlar döyüş hazırlığı keçib və Suriyada bir neçə əməliyyatda iştirak ediblər. Dolatabadi əlavə edib ki, onlar İrana qayıdan kimi həbs olunublar. Qadınların məhkumluq müddəti açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru