Meksikanın paytaxtı Mexikoda atışma baş verib. “Report” xəbər verir ki, şəhərin şimalında qeydə alınan silahlı insident zamanı 3 nəfər həyatını itirib. Polis əməkdaşları ərazini mühasirəyə alıblar. Hadisə yerində müxtəlif ölçülü gilizlər tapılıb. Atışmanın hansı şəraitdə baş verdiyi məlum deyil.