Hadisə Səbail rayonu, Xəqani küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb. “Ölkə.Az”ın məlumatına görə, Kamran Həsənzadəyə məxsus 90 HD 099 dövlət nömrə nişanlı “Range Rover” avtomobilindən xeyli miqdarda pul oğurlanıb. Belə ki, avtomobili təmizləmək məqsədi ilə avtoyuma məntəqəsinə verib. Ancaq maşını təhvil alan zaman sandıqçadan 1300 manat və 1000 ABŞ dollarının yoxa çıxdığını görüb. Bu barədə zərərçəkən ərazi üzrə 39-cu polis bölməsinə məlumat verib.
Faktla bağlı polis bölməsinin əməliyyatçıları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.