“Keçmiş zaman deyil ki, seyidi xalq dolandırsın”

7-05-2018, 16:30           
“Keçmiş zaman deyil ki, seyidi xalq dolandırsın”
“Burda təhükəli heç bir şey yoxdur”.

Bunu Moderator.az -a açıqlamasına Tövbə cəmiyyətinin sədri Həci Əbdül İlahiyyat universitetində təhsil haqqının pulsuz olması və hər ay mollalara 400 manat maaş veriləcəyi xəbərinə münasibət bildirirərkən deyib.

Həci Əbdül bildirib ki, digər fakulitələr kimi, bu sahəni bitirən şəxslər də öz ailələrini dolandırmaq üçün əmək haqqı alacaqlar:

“Xeyr. Burda heç bir təhlükədən söhbət gedə bilməz. Adam var mühəndis olub sənətə yiyələnir. Bu da belə bir şeydir. Əmək haqqı məsələsinə gəldikdə isə bu insanlar da əmək haqqı alıb ailələrini dolandırmalıdırlar. Keçmiş zaman deyil ki, seyidi insanlar dolandırsın. İndi bu adamlar dövlət işində işləyəcək və əmək haqqı alacaqlar. Necə ki, universiteti bitirib məktəbdə müəllim işləyirlər, ilahiyyat universitetini bitirənlər də həmçinin belə işlə təmin olunacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru