Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO

8-05-2018, 07:37           
Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO
Qubanın Qam-qam kəndindəki şəxsi təsərrüfatların sarımsaq yetişdirilən sahələrində problem yaranıb. "Report"un Şimal bürosu xəbər verir ki, bu sahələrdə sarımsaqlar naməlum səbəbdən soğanaqlardan çürüyür. Təsərrüfatçı Camaləddin Adıgözəlovun verdiyi məlumata görə, sarımsaqlar ya yeraltı mikroorqanizmlərin təsirindən ya da xəstəlikdən bu vəziyyətə düşüb. Onun yarım hektar ərazidə əkdiyi məhsulun çox hissəsi zay olub. Problem digər təsərrüfatlarda da müşahidə olunur. Kənd sakinləri bununla bağlı aidiyyatı orqanlardan kömək istəyirlər.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru