Bakıda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

8-05-2018, 07:57           

Bakının Xətai rayonunda zəncirvari yol qəzası baş verib.



APA-nın xəbərinə görə, Sarayevo küçəsində qeydə alınmış hadisə zamanı "Hyundai" və iki "Mercedes" markalı minik avtomobili toqquşub.



Ərazidə xidmət aparan YPX müfəttişlərinin gəldiyi ilkin qənaətə görə, avtoqəzaya "Hyundai" markalı avtomobilin sürücüsünün diqqətsizliyi səbəb olub. Həmin sürücü ötmə əməliyyatı etmək istəyərkən ara məsafəsini gözləməyib və onun avtomobili qeydiyyat nişanı 90-FV-036 olan "Mercedes"ə çırpılıb. Həmin avtomobil də öz növbəsində qeydiyyat nişanı 90-HK-586 olan digər "Mercedes" markalı avtomobilə dəydikdən sonra yol ayırıcı bordürün üstünə çıxıb.



Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.



Yol qəzasının baş verməsi səbəblərini Xətai rayon DYP şöbəsinin müfəttişləri araşdırır.
[media=https://www.youtube.com/watch?v=viB4-zD9JoY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru