Tovuzda İNSİDENT: - polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb

9-05-2018, 10:31           
Tovuzda İNSİDENT: - polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb
Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.

Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru