Sumqayıtda 15 yaşlı qız zorlanıb

9-05-2018, 20:33           
Sumqayıtda 15 yaşlı qız zorlanıb
Sumqayıt şəhərində 15 yaşlı qız zorlanıb.

Report-un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü S.M-nin (ad şərtidir) qarın nahiyəsində kəskin ağrılar başlayıb. Bunu görən 15 yaşlı qızın atası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. İlkin müayinələrdən sonra yeniyetmə qız yoxlanış üçün Sumqayıt Şəhər 1 saylı Doğum Evinə göndərilib.

Daha sonra qızın atası hüquq muhafizə orqanlarına məlumat verib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru