Lokal müharibə baş verə bilər – Rusiyalı ekspertdən ŞOK PROQNOZ

9-05-2018, 20:45           
Lokal müharibə baş verə bilər – Rusiyalı ekspertdən ŞOK PROQNOZ
Rusiya və NATO arasında tammiqyaslı ümumavropa müharibəsi, ümumiyyətlə, heç kəsə lazım deyil, amma o, istisna edilmir.
Publika.az xəbər verir ki, bu haqda Rusiya hərbi eksperti Pavel Felqenqauer “Obozrevatel” nəşrinə yazıb.
“Bu haqda yalnız danışıqlar getmir. Müharibəyə hazırlığa artıq trilyon dollar xərclənib, Putin bu haqda daim danışır. Qərbdə də artıq praktik olaraq Rusiyanı dayandırmaq üçün ciddi olaraq hazırlıq gedir. Bəli, ümumavropa müharibəsi istisna edilmir”, - Pavel Felqenqauer hesab edir.
Onun sözlərinə görə, hazırda Rusiyada hakim elita, hətta Putin administrasiyasının daxilində müharibə amilindən daxili siyasət mübarizəsində arqument kimi istifadə olunur.
Həmçinin Pavel Felqenqauer hesab edir ki, hazırda Vyetnam və ya Əfqanıstanda olduğu kimi Ukrayna müharibəsi də ümumi tarazlığın gedişatında lokal müharibədir. Ekspertin sözlərinə görə, Suriya və Ukraynada olduğu kimi lokal hərəkətlər davam edəcək, amma əsas cəbhə “dondurulacaq”.
Ekspertin fikrincə, lokal müharibələr gələcəkdə Qafqazda və Uzaq Şərqdə baş verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru