Abşeronda gənc oğlanı maşın vuraraq öldürüb 10-05-2018, 08:56 Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Məmmədov Aqil yolu keçmək istəyən zaman onu minik maşını vurub.Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən, yolda keçinib. Sürücü saxlanılıb.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Facebook-da paylaş