Göygöldə yük avtomobili aşıb, ölən var 11-05-2018, 08:27 Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb. İlkin məlumata görə, yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Yük maşınının "Səmədoğlu" şirkətinə məxsus olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş