Prezident rektoru PA-da şöbə müdiri təyin etdi

11-05-2018, 20:22           

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bu postu Fərəh Əliyevadan öncə -2017-ci il iyunun 1-nə qədər Fatma Abdullazadə tutub.

Xatırladaq ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru