İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə bölmələri və həkimlər cəlb edilib. Təyyarə Portuqaliyanın Kaşkayş şəhərindən Reus hava limanına doğru uçurmuş.