Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadası göndərilib. Lakin təyyarədə olan 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, təyyarə Portuqaliyanın Kaşkayş şəhərindən Reus hava limanına uçurmuş. Həlak olanların milliyəti hələki müəyyən edilməyib.