Cəlalabad Maliyyə İdarəsində atışma: 12 ölü, 36 yaralı

13-05-2018, 22:52           

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində Maliyyə İdarəsinin binasında terror aktı törədilib.

Axar.az xəbər verir ki, silahlı hücum nəticəsində 12 nəfər ölüb, 36 nəfər yaralanıb.

Məlumata görə, əvvəlcə 2 kamikadze üzərlərinə bağladıqları bombanı binanın girişində partladıblar. Daha sonra isə 6 silahlı içəri daxil olaraq, insanları atəşə tutub.

Hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.