M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni direktor təyin olunub

14-05-2018, 12:13           
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni direktor təyin olunub
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni direktor təyin olunub.

Məlumatı “Report”a təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.

Xatırladaq ki, mərkəzin əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru