İranda zəlzələ baş verib 15-05-2018, 08:13 İranın mərkəzi bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 05:17-də qeydə alınan yeraltı təkanların episentri Bafq şəhərindən 61 km şimal-şərqdə, ocağı 9 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş