Tərtərdə toy mərasimində kütləvi dava olub, xəsarət alanlar var - FOTO

16-05-2018, 08:18           
Tərtərdə toy mərasimində kütləvi dava olub, xəsarət alanlar var - FOTO
Tərtərdə toy mərasimində kütləvi dava olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Sarıcalı kənd sakinləri: - 37 yaşlı Elmir Səmədov, 43 yaşlı Vidadi Abışov və qardaşı Nizami Abışov, habelə 48 yaşlı Feyzi Abışov, 31 yaşlı Ramin Səmədov, 26 yaşlı Abil Əliyev, 30 yaşlı Rəşad Hüseynov, 49 yaşlı Valeh Səfərov və 18 yaşlı Səfərli Kamal Valeh oğlu İmanlı Nurlan Rafel oğlunun toy mərasimində bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri ediblər.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı cinayət işi başlanaraq araşdırmalar aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru