“Instagram”da yeni funksiya sınaqdan keçirilir

17-05-2018, 21:58           

“Instagram”da istifadəçinin sosial şəbəkədə keçirdiyi vaxta nəzarət etməyə imkan verən yeni funksiyasını sınaqdan keçirir.

İKT.lent.az-ın “TechCrunch” nəşrinə istinadən məlumatına görə, nəzəriyyədə yeni funksiya boş vaxtlarını daha mənalı keçirməyə kömək edə biləcək.

Məqalənin müəllifləri yeni funksiyaya diqqəti “Android” əməliyyat sistemindəki tətbiqin APK-faylına çəkiblər. Bu fayl “Usage Insights” adlanır.

Bu mexanizm sayəsində sosial şəbəkədə keçirilən vaxtın dəqiq zamanını və statistikasını əldə etmək mümkündür. Şirkətin rəhbəri Kevin Sistrom təsdiqləyib ki, mühəndislər həqiqətən də belə bir funksiyanı sınaqdan keçirirlər. Onun sözlərinə görə, sosial şəbəkədə vaxtın necə keçirildiyini anlamaq insanlar üçün vacibdir. “Bu, bütün şirkətlərin məsuliyyətidir. Mən bu məsuliyyətə çox ciddi yanaşıram”, – deyə o, özünün “Twitter” mikrobloqunda yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru