“AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

18-05-2018, 19:01           
“AAAF”da bədbəxt hadisə - Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü
Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib.

TEREF.İNFO "Qafqazinfo”a istinadən xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:

"Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq.

Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru