Bakıda mənzildə qadın meyiti tapılıb

19-05-2018, 08:25           
Bakıda mənzildə qadın meyiti tapılıb
Bakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.



APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.



Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru