Yaşlı qadın yük maşınının altında qalaraq can verdi 19-05-2018, 09:22 Gəncədə avtomobil piyadanı vurub öldürüb. teref.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. "Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş