Avtobusdan düşən gənc maşının altında qaldı

20-05-2018, 13:30           

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

teref.az apa-ya istinadən xəbər verir ki, 23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan apa-ya Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru