Cəbhənin Ağdam istiqamətində düşmən əsgəri öldü

21-05-2018, 00:54           
Cəbhənin Ağdam istiqamətində düşmən əsgəri öldü
Bu gün mayın 20-də saat 11.00 radələrində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində-Ağdam istiqamətində düşmən silahlı qüvvələrinin bir əsgəri ölümcül güllə yarası alıb.

Qondarma “dqr müdafiə nazirliyinin” yaydığı məlumata görə 1999-cu ildə anadan olmuş əsgər Hamlet Qriqoryan “hələlik aydınlaşdırılmayan şəraitdə” ölümcül güllə yarası alıb. İnsidentlə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəşlə Naxçıvan istiqamətində Azərbaycan ordusunun bir əsgəri şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi şəhidin qisasının tezliklə alınacağını bildirib.(Virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru