Prokuror: Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşısıdır

21-05-2018, 08:59           
Prokuror: Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşısıdır
Ötən gün Marseldə dəmiryolu vağzalında Fransa polisləri tərəfindən saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır.

Trend-in məlumatına görə, bunu Marsel şəhərinin prokuroru Ksavye Tarabo "Agence France-Presse" agentliyinə bildirib.

Saxlanılan şəxs adını bildirməyib və onun üzərində sənədlər olmayıb. Buna baxmayaraq Fransa polisi onun kimliyini müəyyən edə bilib. Məlum olub ki, saxlanılan şəxs 48 yaşlı Bolqarıstan vətəndaşıdır.

Bildirilir ki, saxlanılan şəxs Fransa insan qətlə yetirməyə görə axtarışda olub.

Qeyd edək ki, ötən gün Marseldə vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıcı qurğu yoxdur. Vağzal təxliyə edilib və bir müddətlik qatarların hərəkəti dayandırılmışdı. Saxlanılmadan sonra polislər onun çantasında partlayıcı qurğunun hazırlanması üçün materiallar aşkar edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.