Naxçıvanda zəlzələ baş verib 22-05-2018, 08:36 Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub. Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Facebook-da paylaş